Bu gün Misli Premyer Liqasında 18 ci tura yekun vurulacaq

01.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 fevral, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, turun son günündə “Neftçi” "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.

Son çempion “Qarabağ” isə “Turan Tovuz”la qarşılaşacaq. Oyunun start fiti saat 18:30-da çalınacaq.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalla “Sabah” başçılıq edir. Ondan bir oyun az keçirən “Qarabağ”ın 36 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью