Bu gün Misli Premyer Liqasının püşkü atılacaq

18.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılacaq.

QOL.az xəbər verir ki, mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək. Çempionatda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Şamaxı", "Sumqayıt", "Kəpəz", "Qəbələ", "Karvan" və "İmişli"dir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью