Bu gün Naxçıvanın bu kəndlərində qaz kəsiləcək XƏBƏRDARLIQ | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. Bu gün Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.
Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, yanvarın 21-də saat 10:30-dan 11:30-dək Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 2 179 abonentin qaz verilişində məhdudiyyət olacaq.
Mətləb Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu