Bu gün Premyer Liqada XXVIII tura start verilir

17.04.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"la qarşılaşacaq. Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşacaq görüş saat 17:00-da başlayacaq. Tovuz təmsilçisi 52 xalla üçüncü, Naxçıvan klubu isə 39 xalla altıncı pillədədir.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək. "Ağ-qaralar" 43 xalla beşinci, “qartallar” isə 44 xalla dördüncü yerdədir.

Tura aprelin 19-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью