Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə Dünya Çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə 48 milli hər qrupda 4 yığma olmaqla 12 qrupa bölünəcək.
Püşkatmanın əsas qaydalarına əsasən, hər qrupda eyni konfederasiyadan (UEFA istisna olmaqla) maksimum bir komanda iştirak edə bilər.
Avropa (UEFA) zonası üzrə isə hər qrupa ən azı bir və ən çox iki komanda düşməsinə icazə verilir.
Püşkatmadan öncə turnir iştirakçıları aşağıdakı səbətlərə ayrılıb: 1-ci səbət: ABŞ, Meksika, Kanada, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d’İvuar (Fil Dişi Sahili), Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası (CAR).