Bu gün qadın millimiz Rusiyada hansı nəticəni əldə edəcək?

02.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

2 dekabr Azərbaycan və Rusiyanın qadınlardan ibarət milli komandaları arasında növbəti yoldaşlıq matçı keçiriləcək.

News24.az xəbər verir ki, görüş Soçidə Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İlk oyunda millimiz rəqibinə minimal hesabla məğlub olmuşdu. Ancaq mütəxəssislər axşamkı matçı Azərbaycanın xeyrinə yekunlaşacağına inanırlar. 

Bildirirlər ki, rusların millimizdən texniki, fiziki və ciddi üstünlüyü yoxdur. Sadəcə ilk oyundakı qələbə fərdi səhv ucbatından baş verdi. Axşamkı matçds millimizin böyük ölçüdə məğlub olmayacağı xüsusi vurğulanır.

Qeyd edək ki, görüş “Soçi” klubunun məşq bazasında baş tutacaq.

Oyunu Tacikistandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Nodira Mirzoeva

Baş hakimin köməkçiləri: Dilshoda Rahmonova, Farhod Kuralov

Dördüncü hakim: Anastasiya Ponomaryova

(Hakimlər briqadası Tacikistandandır)

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью