Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi məlum olacaq

24.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olacaq.

AZƏRTAC xəbər verir ki, ikinci final qarşılaşmasında “Abşeron” və “Azərreyl” komandaları üz-üzə gələcək. Milli Gimnastika Arenasında reallaşacaq həlledici oyun saat 15:00-da başlayacaq.

İlk görüşdə “Abşeron” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью