Bu gün Qadın voleybolçular arasında Yüksək Liqa başlayır

03.12.2024

Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.

Bu gün qadın voleybolçular arasında Yüksək Liqaya start veriləcək.

I turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

Matçlar Bakıda və Gəncədə baş tutacaq.

İlk olaraq "Gəncə" doğma azarkeşləri önündə "Abşeron"la üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.

Saat 15:00-da "Milli Aviasiya Akademiyası" - "Azərreyl", saat 17:00-da isə "Murov Az Terminal" - UNEC oyunu başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью