Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda Ağdam klubu “Qarabağ” növbəti oyununa çıxacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.
AYNA.AZ xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 21-də doğma meydanda “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
10 dekabr
UEFA Çempionlar Liqası
VI tur
Saat 21:45, “Qarabağ” - “Ayaks”.