Bu gün Qarabağ ın növbəti oyunu olacaq

05.08.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Unikal"ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью