Bu gün “Qarabağ” səfərdə “Nyukasl”la qarşılaşacaq

24.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxti ilə saat 00:00-da səslənəcək.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

“Sağsağanlar" Bakıda baş tutan ilk matçda 6:1 hesablı qələbə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью