Bu gün “Qarabağ”ın oyunu var

12.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç “Elfsborq”u ilə qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcək.

“Qarabağ” və “Elfsborq” tarixlərində ilk dəfə üz-üzə gələcəklər. 

Hazırda turnir cədvəlində “Elfsborq” 4 xalla 28-ci, “Qarabağ” isə 3 xalla 32-cidir. 

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. “Elfsborq” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

“Boras Arena”.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью