Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır | Icma.az
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. 6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür.
BAKU.WS xəbər verir ki, peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib.
İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir.
Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir.
Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub.
Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.
Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb.
Ölkəmizdə rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir.
Tam oxu
Xəbəri oxu