Bu gün saat 14:30 dək işıq OLMAYACAQ

13.02.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью