Bu gün “Sabah” və “Neftçi” arasında final seriyasının altıncı oyunu keçiriləcək

14.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti matçı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları altıncı oyunda üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Daha əvvəl reallaşan görüşlərdə “tələbələr” 3, “ağ-qaralar” isə 2 qələbə əldə edib.

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən kollektiv qızıl medalların sahibi olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью