Bu gün Sadıq Sadıqovun 100 illik yubileyidir

10.06.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün əməkdar iqtisadçı, ölkənin maliyyə sisteminin inkişafında mühüm rol oynamış Sadıq Sadıqovun anadan olmasının 100 illiyi tamam olur.

Bu barədə Marja.az-a Sadıq Sadıqovun ailəsi məlumat verib.

Qeyd edilib ki, Sadıq Sadıqov uzun illər ərzində Azərbaycanın bank sektorunda yüksək vəzifələrdə çalışıb. O, SSRİ Dövlət Bankının Bakı şəhər idarəsinin rəisi, Azərbaycan SSR Dövlət Bankı sədrinin müavini və 1975–1995-ci illərdə SSRİ Sənaye-Tikinti Bankının (Stroybank) Azərbaycan Respublikası üzrə İdarə Heyətinin sədri vəzifələrində fəaliyyət göstərib.

Onun rəhbərliyi dövründə həyata keçirilən layihələr arasında bu gün "Rabitəbank"ın baş ofisi kimi fəaliyyət göstərən, əvvəllər "Kapital Bank"ın yerləşdiyi "Stroybank"ın tarixi binası da yer alır.

Tarixi faktlara görə, "Stroybank" sisteminin Azərbaycan üzrə filial şəbəkəsi müstəqillik dövründə ölkənin bank sisteminin formalaşmasında mühüm rol oynayıb və yeni maliyyə institutlarının yaradılması üçün əsas bazalardan biri olub.

O, SSRİ-nin “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunub, 1982-ci ildə isə “Azərbaycan SSR Əməkdar İqtisadçısı” fəxri adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью