Bu gün Səbuhi Məmmədlinin ilidir

17.01.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfat etməsinin 1-ci ildönümüdür.
Modern.az-ın məlumatına görə, mərhum jurnalist 17 yanvar 2024-cü il tarixində 54 yaşında dünyasını dəyişib.
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. 
O, 1990-cı illərdən mətbuata gəlmişdi. Jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.
Səbuhi Məmmədli son 10 ildə "Lent.az" saytında çalışıb.

Mərhum doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью