Bu gün “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək

12.11.2024

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb

"Operativ Media"xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində keçiriləcək müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью