Bu gün Slovakiyada cüdo üzrə Avropa çempionatı start götürəcək | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTACBu gün Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürəcək.AZƏRTAC xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu