Bu gün Sürixdə keçiriləcək püşkatmaya kimlər yollanıb?

13.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bu gün İsveçrənin Sürix şəhərində DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimi "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью