Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev bu gün Qətərin paytaxtı Dohada avstraliyalı Ceyk Mettyusla qarşılaşacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, döyüş UFC Qatar turnirinin ilkin proqramında yer alıb.
Turnirin ilkin qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. T.Abdullayevin döyüşünün dəqiq başlama vaxtı isə əvvəlki görüşlərin müddətindən asılı olacaq.
Qeyd edək ki, rəsmi çəkiölçmə mərasimində T.Abdullayev 172 funt (78 kq), rəqibi isə 170 funt (77.1 kq) olub. Azərbaycanlı idmançı çəki limitini bir funt (təxminən 450 qram) keçdiyi üçün qonorarının 20 faizini rəqibinə verməli olacaq. Buna baxmayaraq, qarşılaşmanın baş tutacağı təsdiqlənib.