Bu gün Tbilisi yenidən qarışacaq

10.01.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün, 10 yanvar, davamlı etiraz aksiyalarının 44-cü günüdür.

Gün ərzində paytaxt Tbilisinin müxtəlif yerlərindən etiraz yürüşləri planlaşdırılır.

Tbilisi Şəhər Məhkəməsi, Respublika Meydanı,
Filarmoniya, Taras Şevçenko bağı, İctimai Yayım Şirkətinin binasından Parlament binası qarşısına yürüş ediləcək.

Qeyd edək ki, Gürcüstanda davamlı etiraz aksiyaları 2024-cü ilin 28 noyabr tarixindən başlayıb. Etirazçıların tələbi aksiyalar zamanı saxlanılan nümayişçilərin sərbəst buraxılması və yeni Parlament seçkilərinin keçirilməsidir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью