Bu gün “Turan Tovuz”a qoşulacaq

23.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Turan Tovuz”un futbolçusu Roderik Miller bu gün Bakıya qayıdacaq.

Bu barədə İdman.biz-ə klubdan məlumat verilib.

Zədə səbəbindən Panamada əməliyyat olunan müdafiəçi bərpa prosesinin son mərhələsini qərb təmsilçisinin tibbi personalı ilə birlikdə keçəcək.

Roderikin Misli Premyer Liqasının dördüncü dövrəsindən öncə “Turan Tovuz”a qoşulacağı gözlənilir.

Qeyd edək ki, panamalı futbolçunun “Turan Tovuz” la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью