Bu gün Türkiyədə Zəfər Bayramıdır

30.08.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Türkiyədə ölkənin ən önəmli günlərindən biri 30 Avqust - Zəfər Bayramı qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, 1922-ci ilin avqustun 26-da başlayan “Baş komandanlıq meydan müharibəsi” həmin il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandirliyi ilə qələbə ilə nəticələnib.

Türkiyə ordusu bu qələbə sayəsində işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub.

Bu tarix 1926-cı ildən etibarən Türkiyədə Zəfər Bayramı olaraq qeyd olunur.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью