Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Milli müdafiə naziri Yaşar Güler Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumunun imzalanması mərasimində iştirak etmək üçün Qətərə səfər edəcək.
Məlumatı XQ “Anadolu”ya istinadən verib.
“Anadolu” agentliyinin aldığı məlumata görə, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri oktyabrın 20-də günortadan sonra Qətərə yola düşəcək.
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumunun oktyabrın 21-də imzalanması gözlənilir.
XQ