Bu gün ümumilikdə İrandan 76 nəfər təxliyə olunub

07.03.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu gün səhər saatlarından axşam saat 21:00-dək İrandan Azərbaycan sərhədi vasitəsilə ümumilikdə 76 nəfər təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə olunanlar arasında 1 nəfər Avstriyanın İrandakı səfiri, eləcə də 8 diplomat yer alıb.

Diplomatlardan 1-i ABŞ, 2-si Yaponiya, 1-i Pakistan, 4-ü isə Avstriya səfirliklərinin əməkdaşlarıdır.

Bundan başqa, 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı da İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью