“Bu gün varam, sabah yoxam” Məmmədyarov kitab yazdı

01.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda xarici işlər naziri kimi fəaliyyətim dönəmini - 2004 -2020-ci illəri ehtiva edən 4 cildlik maraqlı kitabım işıq üzü görüb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, “Elmar Məmmədyarov, müsahibələr, çıxışlar, müzakirələr, məqalələr” adlı kitab Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı elmi iş üzərində çalışan təqdiqatçılar üçün əlverişli bir mənbədir:

“Kitabda müsahibələrimi, çıxışlarımı - hamısını bir araya toplayıb, 4 cildə sığışdırmışam. Hesab etdim ki, belə bir kitaba ehtiyac var. Çünki həyatdı, bu gün varam, sabah yoxam. Həyat Allahın işidir. Tələbələr, aspirantlar, dissertantlar 2004 -2020-ci illərdə Azərbaycanın beynəlxalq mövqeyinin necə olduğunu,  nə cür ifadə olunduğunu kitabdan əldə edə bilərlər”.

E.Məmmədyarov sözügedən kitabı kitabxanalara və universitetlərə təqdim edib:

“Bu, hazır mənbədir, nazir kimi çalışdığım dönəmdə ölkəmizin beynəlxalq arenada sərgilədiyi mövqe ilə bağlı internetdən araşdırmağa ehtiyac yoxdur. Hamısı kitabda yer alıb. Hazır mənbədir. BMT-də, ATƏT-də etdiyim çıxışlar, müzakirələr, verdiyim müsahibələr hamısı burada var”.

Müsahibimiz qeyd edib ki, kitabdakı mətnlər müxtəlif dillərdədir:

“O materiallar həmin dövrlərdə hansı dillərdə çıxıbsa, o dillərdə də vermişəm. Mətnlər Azərbaycan, rus, ingilis, alman dillərindədir. Çünki tərcümədə müəyyən fikirlər tam orijinal olmur”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью