Bu gün Vaşinqtonda mühüm görüş var

08.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır.

Gecə yarısı isə üç liderin birgə bəyanat verəcək.

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalanacağı gözlənilir.

Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью