Bu gün WUF13 ün bağlanışı olacaq

22.05.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi keçiriləcək.

Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.

Tədbir məkanını ziyarət edəcək və ya Bağlanış Mərasimində iştirak edəcək  şəxslərdən qeyd edilənləri nəzərə alması xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью