Bu gün Xalq artisti Yusif Muxtarovun doğum günüdür | Icma.az
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Görəsən neçə belə sənətkarımız var ki, səsi UNESCO-nun qızıl diskinə yazılaraq qorunub saxlanılır?
Yəqin ki, belə xoşbəxt sənət adamlarını barmaqla saymaq olar.
Azərbaycanın Xalq artisti Yusif Muxtarov məhz belə xoşbəxt tale sahiblərindəndir. UNESCO-nun iki qızıl diskinə onun səsi yazılıb.
Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklər nəinki müəllifinə, həm də mənsub olduğu xalqa başucalığı gətirir...
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Yusif Muxtarovun anadan olmasından 84 il ötür.
Yusif Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutuna daxil olan bu çalışqan gənc orada İqtisadiyyat və sosial planlaşma fakültəsini bitirib.
Tam oxu
Xəbəri oxu