Bu gün Xətai rayonunun bəzi ərazilərində işıq olmayacaq

05.05.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xəttində əsaslı təmir-bərpa işləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью