Bu gün Xorvatiya Azərbaycan İnvestisiya Forumu keçiriləcək

28.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bu gün Zaqrebdə Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfər başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью