Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, toplantı Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında ümumilikdə 16239 nəfərin iştirakı ilə hesabat konfransları keçirilib, qurultaya 960 nəfər nümayəndə seçilib.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.