Bu gün YAP ın VIII qurultayı keçiriləcək Fotolar

02.10.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclas Heydər Əliyev Mərkəzində təşkil olunub və saat 10:00-da başlayacaq.

Hakim partiya üzvləri qurultaya qatılırlar.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib.

Nuranə Daxilqızı

Fotolar: Xəyal Vəlizadə






















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью