Bu gün yay Azərbaycana daxil olacaq

21.06.2026

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.

Metbuat.az xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью