Bu gün yeni restoranının açılışı olacaqdı Qəzada öldü

25.08.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıllıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub. O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью