Bu gün yubileyidir FOTOLAR

19.06.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun yubileyidir. 

Ölkə.az xəbər verir ki, kollegiya sədrinin 50 yaşı tamam olur.

Qeyd edək ki,  Anar Bağırov 19 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bakalavr, 1999-cu ildə isə Mülki hüquq ixtisaslaşması üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 

Əmək fəaliyyətinə hüquqşünas kimi başlayan Anar Bağırov 1997–2005-ci illərdə müxtəlif təşkilat və müəssisələrdə çalışıb. 2005-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və həmin vaxtdan etibarən vəkillik fəaliyyəti ilə məşğul olur. 2012-ci ildən Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olan Anar Bağırov 7 dekabr 2017-ci ildə keçirilən konfransda Kollegiyanın Rəyasət Heyətinin sədri seçilib.  

Eyni zamanda Anar Bağırov 2010-2019-cu illərdəHakimlərin Seçki Komitəsinin üzvü olub, 2019-cu ildən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvü, 2020-ci ildən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, habelə həminildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, 2021-ci ildən isə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. 

O, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-ninsədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin "Cənubi Qafqaz hüquq jurnalı" və Rusiyanın "Avrasiya vəkilliyi" jurnalının redaksiya heyətinin üzvüdür.

Bundan başqa, Anar Bağırov bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertidir.

Tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən"Chambers and Partners" reytinq şirkətinin "Chambers Asia Pacific 2014" nəşrində "Azərbaycanda biznes hüququ" kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olunub. Eyni zamanda, o, "Who`s Who Legal" reytinq şirkətinin "Who`s Who of Construction Lawyers 2013" nəşri, habelə IFLR1000, Legal500 reytinq şirkətləri tərəfindən hər il nəşr olunan reytinq cədvəllərində "yüksək səviyyədə tövsiyə olunan hüquqşünas" olaraq qiymətləndirilib. 

Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin bir sıra yerli və xarici qurumların medalları ilə təltif edilib. Belə ki, Məhkəmə-Hüquq Şurasının 28 dekabr 2019-cu il tarixli qərarına əsasən Məhkəmə-Hüquq Şurasının "Fəxri döş nişanı" ilə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri Fərman" ilə təltif olunub, habelə "Fəxri hüquq doktoru" adına layiq görülüb. Ukrayna Vəkillərinin Milli Assosiasiyasının 17 sentyabr 2019-cu il tarixli qərarına əsasən isə Ukrayna Vəkillərinin Milli Assosiasiyasının "Fəxri döş nişanı" ilə təltif edilib.

Yerli və xarici hüquq jurnallarında 50-dən çox məqalənin müəllifidir.

Onun rəhbərliyi dövründə Azərbaycan vəkilliyi yeni inkişaf mərhələsinə qədəm qoyub, vəkillərin sayı dəfələrlə artıb, regionlarda vəkil qurumlarının fəaliyyəti genişləndirilib, elektron xidmətlərin tətbiqi formalaşaraq sürətləndirilib və beynəlxalq əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə gücləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью