Bu gün Yüksək Liqasında III turun oyunları keçiriləcək

13.12.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşü saat 15:00-da start götürəcək.

İki saat sonra "Murov Az Terminal” “Gəncə” ilə, UNEC "Azərreyl"lə üz-üzə gələcək.

Qeyd edək ki, iki turdan sonra "Abşeron" 6 xalla liderdir. İkinci sıradakı "Azərreyl"in 5, üçüncü pillədəki "Murov Az Terminal"ın 4 xalı var. "Milli Aviasiya Akademiyası" 2 xalla dördüncü, "Gəncə" 1 xalla beşinci yerdədir. Xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb. 

Yüksək Liqa: II turun proqramı müəyyənləşib AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb “Milli Aviasiya Akademiya”sından qələbə “Azərreyl” və “Abşeron”dan qələbə Yüksək Liqada II tura start veriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью