Bu gün “Zirə” “Kəpəz” ilə 27 ci dəfə qarşılaşacaq

09.03.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə” - “Kəpəz” komandaları üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, bu qarşılaşma komandaların çempionatda 27-ci matçı olacaq.

Əvvəlki 26 görüşdə Bakı təmsilçisi 15, Gəncə klubu isə 3 qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların sayında da “qartallar”ın üstünlüyü açıq şəkildə görünür - 43:17.

“Zirə” Premyer Liqada son 8 matçda bu rəqib üzərində qələbə qazanıb. Digər tərəfdən, “Kəpəz” son 7 görüşdə qol sevinci yaşaya bilməyib. Gəncəlilərin sonuncu dəfə qol vurduğu oyun 2024-cü il martın 16-na təsadüf edir. “Sarı-göylər”in qalib gəldiyi axırıncı matç 2017-ci il martın 13-də baş tutub.

Qeyd edək ki, matç saat 18:30-da başlayacaq. “Zirə” 38 xalla turnir cədvəlində dördüncü sıradadır, “Kəpəz” isə 18 xalla onuncudur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью