Bu gündən altı marşrut xəttinin fəaliyyəti bərpa olunub

18.11.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa edilib

Bu gündən etibarən altı xətt üzrə hərəkət edən müntəzəm şəhərdaxili marşrutların fəaliyyəti bərpa edilib. AYNA xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa edilib.

Bildirilib ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью