Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

15.09.2026

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Sentyabrın 15-də Azərbaycanda bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.

Doğru.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, yeni tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərində 504 413 şagirdin təhsil alacağı gözlənilir.

Onlardan 39 999-u I sinif, 49 167-si IX sinif, 39 479-u XI sinif, 99-u isə XII sinif şagirdləridir.

Bakı üzrə məktəbəqədər təhsil müəssisələrinə 35 043 uşağın, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına isə 17 863 beşyaşlının cəlb olunacağı proqnozlaşdırılır.

Ölkə üzrə bu il I sinfə 132 261 uşaq qəbul olunub. Məktəbəhazırlıq qruplarına qəbul olunan uşaqların sayı isə 89 min nəfərdir.

Yeni tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 137 tərbiyəçi-müəllim fəaliyyət göstərəcək.

Hazırda BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi və 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Qeyd edək ki, sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Yeni dərs ilinin məhz bu tarixdə başlanması Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə müəyyənləşdirilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью