Bu gündən güclü külək başlayır

08.04.2025

Icma.az, Medicina saytına istinadən bildirir.


Aprelin 9-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Medicina" xəbər verir ki, Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Aygün Musayeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью