Bu gündən hava kəskin dəyişəcək Xəbərdarlıq

06.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bu gündən dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 7-si axşam şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью