Bu gündən magistraturaya ixtisas seçimi başlayır

07.07.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gündən ali məktəblərin magistratura pilləsinəö ixtisas seçimi başlayır. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.

Dövlət İmthan Mərkəzindən Modern.az-a bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью