Bu gündən maşın saxlamaqla bağlı qadağa olacaq

12.05.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “AzParking MMC”nin məlumatında bildirilib.

Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.

Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

Ətraflı “Xəzər TV”nin süjetində:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью