Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.
Metbuat.az” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, yenilik Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun iyunun 15-dən Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır.
Yeni marşrut üzrə ilk dəfə olaraq “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxılıb.