Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2020-2025-ci illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı 243 nəfərə çatıb.
Milli.Az-ın araşdırmasına görə, mövcud sənədlərə əsasən, 2018-2024/2025-ci illər dövründə isə İraqdan ümumilikdə 295 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib. Onların 286-sı uşaq, 7-si isə qadındır.
Beləliklə, 2020-2025-ci illərdə Suriya və İraqdan Azərbaycana repatriasiya olunan vətəndaşların ümumi sayı təxminən 519 nəfər təşkil edib.
Milli.Az