Bu günədək bələdiyyə seçkisinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

12.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bələdiyyə seçkisinə hazırlıq təqvim planına uyğun aparılır"

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, dünənə olan məlumata görə, yerlərdə 3000 civarında şəxsin bələdiyyə seçkisinə namizədliyi irəli sürülüb:

"Artıq onların qeydə alınması prosesinə başlanılıb".

Məzahir Pənahov, həmçinin işğaldan azad olunan ərazilərdə bələdiyyə seçkisinin keçirilməyəcəyini qeyd edib:

"Bunun üçün həmin ərazilərdə əhali daimi olaraq yaşayış məntəqələrində məskunlaşmalıdır".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью