Icma.az, Baku.ws saytına istinadən bildirir. Bu günə gözlənilən maqnit qasırğası rekord qırmayacaq və bir gündən az davam edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə RBC-yə müsahibəsində Krım Astrofizika Rəsədxanasının tədqiqatçısı Sergey Nazarov məlumat verib.
O qeyd edib ki, dekabrın 23-də və 24-də günəş partlayışları olub. Onlardan ən güclüsü dekabrın 23-də nahar vaxtı baş verib.
Ekspert bildirib ki, o, demək olar ki, X səviyyəsinə çatıb ki, bu da günəş partlayışlarının ən güclü sinfidir.
"Ancaq bu güclü partlayış olduqca qısa çəkib və o, birbaşa Yerə yönəlməyib.
Həmçinin böyük miqdarda plazmanın buraxılmasına səbəb olmayıb", - deyə Nəzərov davam edib.
Onun sözlərinə görə, maqnit qasırğası böyük ehtimalla yalnız şimal enliklərini əhatə edəcək.
Bu, Kola yarımadası, Arxangelsk və Sankt-Peterburq sakinlərinə hava şəraiti yaxşı olarsa, avroranı müşahidə etməyə imkan verəcək.