Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində 35 nəfər həlak olub, 32 nəfər yaralanıb. Qəzanın baş vermə səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, hələlik b
Baş vermiş qəza isə “Embraer” təyyarəsini gündəmə gətirib, bu təyyarənin əvvəllər keçirdiyi qəzalar araşdırılmağa başlanılıb.
Yenicag.az “Embraer” təyyarəsinin daha öncə qarışdığı qəzaları sıralayır: 11 noyabr, 2018: “Air Astaana”ya aid “Embraer 190” tipli sərnişin təyyarəsində idarəetmə problemləri yaşandıqdan sonra təcili eniş icazəsi tələb olunub.
Təyyarə aeroporta enərkən bort ciddi şəkildə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmasa da, həmin təyyarə istifadədən çıxarılıb
31 iyul, 2018: “Aeroméxico Connect”ə aid eynitipli təyyarə Meksikanın Duranqo şəhərindən havalandıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarə tamamilə yansa da, göyərtədə olan 103 nəfər arasında itki qeydə alınmayıb.